10 C
Baku
Tuesday, November 26, 2024

Prezident milli valyutanı ucuzlaşdıran bank sədrini istefaya göndərib

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkənin Milli Bank sədri Kayrat Kəlimbətovu istefaya göndərib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ölkə başçısı senata etdiyi müraciətdə milli valyutanın devalvasiya olunmasının qəbuledilməzliyindən danışıb.

“Bu gün banklara və milli valyuta – təngəyə etibar azalıb ki, bu da yolverilməzdir. Ölkədə təngə çatışmazlığı mövcuddur, iqtisadiyyatın kreditləməşməsində ləngimələr var. Bunlar pis göstəricilərdir və bunun üzərində işləmək lazımdır”.

Nazarbayev Milli Bank sədrliyinə yeni namizədin adını da çəkib. 2007-2014-cü illərdə bankda sədr köməkçisi çalışan Daniyar Akişev Qazaxıstan Milli Bankının yeni sədri seçilib.

Kaytar Kəlimbətovun istefaya göndərilməsinə səbəb ölkə valyutasının qəfil ucuzlaşması və bundan qazax iqtisadiyyatının milyardlarla dollar vəsait itirməsi olub.

Son xəbərlər
Digər xəbərlər