13 C
Baku
Saturday, April 27, 2024

Prezident: “Nardaranlıların 43 milyon manata yaxın işıq pulu borcu silinib”

Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə yaranmış 42 milyon 267 min manat borcu silinib.

APA-nın məlumatına görə, bu barədə Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşdə Azərbaycan prezidentiİlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, elektrik enerjisinin ödənişində problemlər olub: “Əvvəllər elektrik enerjisindən istifadəyə görə ödəniş edilmirdi. Bildirdim ki, yaranmış 43 milyon manat borcu silək, sonra belə hal olmasın. Hazırda Nardaranda elektrik enerjisinin sərfiyyatı da düşüb, artıq elektrik enerjisindən qənaətlə istifadə edilir”.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayına qədər Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə 42 milyon 267 min manat borcu yaranıb.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər