Mədəniyyət Nazirliyində növbəti kadr islahatı həyata keçirilib.
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, müavin Sevda Məmmədəliyeva vəzifəsindən azad edilib.
76 yaşlı S.Məmmədəliyeva 1999-cu mədəniyyət nazirinin müavini postunu tuturdu.
Vaqif Əliyev isə Prezidentin 2011-ci il tarixli sərəncamı ilə mədəniyyət və turizm nazirinin birinci müavini, 2018-ci il tarixli sərəncamı ilə isə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.