Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin illik maliyyə hesabatlarını təsdiqləmək sahəsində səlahiyyəti ləğv olunub.
Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmana “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanına edilən dəyişiklikdə əksini tapıb.
İllik maliyyə hesabatlarını Gənclər Fondu özü təsdiqləyəcək. Fonda Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini təsdiqləmək səlahiyyəti də verilib.