21 C
Baku
Şənbə, May 21, 2022

Prezident Ofisi: “Ukrayna danışıqlarda Rusiyadan qoşunlarını Donbas və Krımdan çıxarmasını tələb edir”

“Ukraynanın nümayəndə heyəti danışıqlarda Rusiyadan qoşunlarını Krım və Donbasdan çıxarmasını tələb edir”.

Bunu “Current Time”a açıqlamasında Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib.

O, paytaxt Kiyevdə Ukrayna Ordusunun üstünlük əldə etdiyini açıqlayıb:

“Təsdiqlənmiş hesablamalara görə, səhərdən saat 14.00-a qədər İrpen-Jitomir avtomobil yolunda 200-dən çox müxtəlif texnika məhv edilib və ya zədələnib.

İlahi, onları Kiyev yaxınlığında necə darmadağın etməyimizi bir bilsəniz!”, – O.Arestoviç feysbukda yazıb.

Onun sözlərinə görə, indiyədək Rusiyanın azı 2 500 hərbi qulluqçusu məhv edilib: “Onlardan 300 nəfəri yüksəkrütbəli hərbçilərdir, yəni mayor, polkovnik-leytenantdır”.

Qeyd edək ki, hazırda Belarusun Ukrayna ilə sərhəd bölgəsindəki Qomel vilayətində rəsmi Kiyev və Moskva arasında danışıqlar gedir.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər