Prezident ona fərdi təqaüdünü ayırdı

Prezident İlham Əliyev Əli Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəcam imzalayıb.

“Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Əli Pənah oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin” deyə sənəddə deyilir.

Qeyd etməliyik ki, hazırda Prezidentin fərdi təqaüdünün həcmi 1450 manat təşkil edir.

O, hazırda UNEC-də çalışır.