Orxan Çingiz oğlu Mürsəlovun Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.
“Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin” – deyə, Azərbaycan Prezidenti İlham Əliyevin 11 avqust 2022-ci il tarixli qərarında deyilir.
Qeyd edək ki, O.Mürsəlov Azərbaycan Respublikası Prezidenti Administrasiyasını məsul işçisi idi.