Bu gün eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlaması haqqında fikir mübadiləsi apardıq.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatında bildirib.
“Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq”, – Prezident İlham Əliyev vurğulayıb.