27 C
Baku
Tuesday, July 23, 2024

Prezident Qaxdakı yolun tikintisinə 15,1 mln. manat ayırdı

Prezident İlham Əliyev 16 oktyabr tarixində Qax rayonunun Qax–Qıpçaq–Ağyazı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bu barədə Banker.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.

“Dörd min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qax–Qıpçaq–Ağyazı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,1 milyon (on beş milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.”- deyə imzalanmış sərəncamda deyilir.

Son xəbərlər
Digər xəbərlər