30 C
Baku
Friday, July 5, 2024

Prezident Qazaxıstanda səfərdədir

Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfərə gəlib.

Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Qazaxıstanın Baş nazirin müavini Kanat Bozumbayev və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib.

66850bbbe9c1b66850bbbe9c1c171999532366850bbbe9c1866850bbbe9c1a

66850bbc050c466850bbc050c5171999532366850bbc050c266850bbc050c3

Son xəbərlər
Digər xəbərlər