10 C
Baku
Tuesday, January 31, 2023

Prezident Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Konfransında iştirak edir

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı başlayıb.

Konfransda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

Konfrans “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunub.

Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatlarının təmsilçiləri iştirak edir. Konfransda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydaları, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, “Bakı Bəyannaməsi” qəbul olunacaq, qurumun sədri və sədr müavinləri seçiləcək.

Konfrans çərçivəsində tədbir iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərində olacaq, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X