Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 3 il öncə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən İbrahim Mustafayevi vəzifəsindən azad edib.
“İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin” – deyə, bununla bağlı sərəncamda deyilir.
O, Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.