12 C
Baku
Monday, December 8, 2025

Prezident: Slovakiya və onun qonşularına Azərbaycan qazının təchizatı daha da artacaq

Energetika sahəsi üzrə konkret layihələr həyata keçirilir. Keçən il ilk dəfə Azərbaycan qazı Slovakiyaya təchiz edilib.

Bunu Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata birgə bəyanatında deyib.

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın zəngin qaz yataqları dünyanın bir çox ölkələrinə təbii qaz ixrac edilməsinə imkan verir: “Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb, boru kəmərləri ilə ixrac edilən qazın təchizatçısı olan ölkə olaraq biz birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm onun qonşularına Azərbaycan qazının təchizatı daha da artacaq”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər