10 C
Baku
Friday, October 25, 2024

Prezident SOCAR-dakı islahatlardan danışdı: “Bəzi itkilər çox şübhəlidir”

“İndi biz SOCAR-da da fəal islahatlar aparılması prosesindəyik. Yeni rəhbərlik ilə SOCAR nəhayət ki, şəffaf beynəlxalq enerji şirkətinə çevriləcəkdir”.

Bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Dövlət başçısı yeni rəhbərliyə təlimatlar verildiyini vurğulayıb:

“Müvafiq surətdə itkilərdə də azalma olacaqdır. Çünki bizim qazda çoxlu itkilərimiz olur. Bəzi itkilər vaxtı keçmiş infrastruktur ilə əsaslandırılır, lakin bəzi itkilər çox şübhəlidir. Bizim aparıcı şirkətimiz olan SOCAR-ın şəffaflığının, korporativ idarəçiliyinin optimallaşdırılması əminəm ki, bizə əlavə resurslar verəcəkdir, artıq indi verir”.

 

 

Son xəbərlər
Digər xəbərlər