Prezident təyyarəsi 92 milyon dollara satıldı

Meksika hökuməti bir neçə il əvvəl satışa çıxardığı prezident təyyarəsini Tacikistan hökumətinə satıb.

Bu barədə Meksika Prezidenti Andres Manuel Lopez məlumat verib.

O bildirib ki, təyyarə qarşı tərəfə 1.66 milyard pesoya (92 milyon dollara) satılıb.

Meksika liderinin sözlərinə görə, təyyarənin satışından əldə olunacaq vəsait iki xəstəxananın tikintisinə sərf olunacaq.

Son xəbərlər
Digər xəbərlər