14 C
Baku
Friday, May 17, 2024

Prezident təqaüdü alan şəxslərin sayı açıqlanıb

2022-ci ilin 1 iyul tarixinə Prezidentin aylıq təqaüdü ilə təmin edilən şəxslərin sayı ötən ilin müvafiq dövrünə (286.7 min nəfər) nisbətən 26.3%, 4 il əvvələ (58 min nəfər) nisbətən isə 6.2 dəfə artaraq 362 minə çatıb.

Banker.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, son 4 ildə yeni təqaüd növləri də yaradılıb: müharibə veteranları, birinci dərəcə əlilliyi olan şəxslərə və əlilliyi olan 18 yaşadək şəxslərə qulluq edənlər, digər kateqoriyalar üçün aylıq təqaüdlər təsis olunub.

Eyni zamanda, Vətən müharibəsi əlillərindən ibarət 94 min şəxsə 104 min sosial ödəniş təyin olunub ki, həmin ödənişlərin mühüm hissəsini Prezidentin aylıq təqaüdləri təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər