15 C
Baku
Saturday, April 27, 2024

Prezident Tahir Gözəl və Fərid Qayıbovu təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

  • Gözəl Tahir Abdolbari oğlu
  • Qayıbov Fərid Fazil oğlu
  • Məmmədov Elxan Salhab oğlu.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar bədən tərbiyəsi və idman xadimi”

  • Axundzadə Ağayar Əbdüləzim oğlu
  • Babayev Nağı Məcidoviç
  • Davudov Vaqif Cəlil oğlu
  • Əhmədov Kamal Məhəmməd oğlu
  • Əliyev Qərib Tələt oğlu
  • Hüseynov Firat Alışan oğlu
  • Meftahəddinova Zemfira Əli qızı

“Əməkdar jurnalist”

  • Şirəliyev Aslan Bəybala oğlu

“Əməkdar həkim”

  • İsgəndərov Kamil Vəliyullah oğlu.

Bundan başqa, Prezident Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Əhəd Əliağa oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi barədə də sərəncam imzalayıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər