“Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik”.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı bildirib.
Siyasi, iqtisadi, mədəniyyət, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı turizm sahələri ilə yanaşı təhlükəsizlik, müdafiə sənayesində də əməkdaşlığımızı fəallaşdırmalıyıq.