10 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Prezident və xanımı Nizami parkında olublar – Fotolar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar

Bakının Xətai rayonunda 11,2 hektar ərazisi olan parkda səmərəli istirahət üçün hər cür şərait yaradılıb.

Bir vaxtlar “Luna Park” adı ilə məşhur olan ərazi uzun illər baxımsız qalmışdı, parkda əsaslı yenidənqurmaya zərurət yaranmışdı. Bu məsələ Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə həllini tapdı.

1922-ci ildə salınmış parkın şəhərin estetik görünüşünə uyğunlaşdırılması məqsədilə onun ərazisində yerləşən bir və iki mərtəbəli inzibati binalarda əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, süni göl yaradılıb, amfiteatr və 1938-ci ildən mövcud olan yay kinoteatrı yenidən qurulub, iki fəvvarə kompleksi və müasir tipli işıqlandırma sistemi yaradılıb. Parkda müasir söhbətgahlar, müxtəlif ölçülü oturacaqlar, idman qurğuları quraşdırılıb, uşaq əyləncə kompleksi yaradılıb. Yay kinoteatrının qarşısında çay daşlarından qədim tipli yeni qala divarı tikilib. Parkın ərazisində yaşıllaşdırma işləri görülüb, minlərlə ağac-kol və dekorativ bəzək bitkiləri əkilib.

ilham əliyev mehriban əliyeva 1

ilham əliyev mehriban əliyeva 5

nizami gəncəvi parki

nizami gəncəvi parki 1

nizami gəncəvi parki 2

nizami gəncəvi parki 3

nizami gəncəvi parki 4

nizami gəncəvi parki 5

nizami gəncəvi parki 6

nizami gəncəvi parki 7

nizami gəncəvi parki 8

nizami gəncəvi parki 9

nizami gəncəvi parki 10

nizami gəncəvi parki 11

nizami gəncəvi parki 12

nizami gəncəvi parki 13

nizami gəncəvi parki 14

nizami gəncəvi parki 15

 

Mənbə:AZƏRTAC
Son xəbərlər
Oxşar xəbərlər