24 C
Baku
Friday, July 4, 2025

Prezident vəzifədən kənərlaşdırılan 80 yaşlı şəxsə fərdi təqaüd ayırıb

Azərbaycan Prezidenti İlham Əliyev, bu gün, 2 dekabr 2019-cu il tarixində 80 yaşlı Dilarə Seyidzadəyə fərdi təqaüdün verilməsinə dair sərəncam imzalayıb.

Banker.az-ın xəbərinə görə, Prezidentin fərdi təqaüdü verdiyi şəxs Prezidentin Katibliyinin rəisi- Prezidentin köməkçisi vəzifəsini icra edirdi. Yeni siyahıda artıq onun həm vəzifəsi dəyişmiş və eləcə də adı yer almamışdı.

“Azərbaycan Respublikasında dövlət qulluğunda göstərdiyi xidmətlərə görə Dilarə Bağır qızı Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin” – deyə, sərəncamda qeyd edilib.

Bildirək ki, bu təqaüd 2002-ci ildə təsis edilib – hazırda hər bir şəxsə 1 450 manat məbləğində fərdi təqaüd verilir. 

Dilarə Seyidzadə – 1939-cu il oktyabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir.

1961-1978-ci illərdə Azərbaycan EA-nın Tarix İnstitutunda Baş laborant, kiçik elmi işçi, 1978-1983-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasnda Baş müəllim, 1983-1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda Baş elmi işçi, aparıcı elmi işçi, 1993-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində Böyük məsləhətçi, 1997-1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Katibliyi rəisin müavini-Prezidentin köməkçisi vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1999-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsinə təyin edilmişdi.

Dilarə Seyidzadə Dövlət qulluğunda xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib. 24 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunub.

Son xəbərlər
Digər xəbərlər