Prezident İlham Əliyev Vahid Əhmədovla bağlı sərəncam imzalayıb.
Sənədə əsasən, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Qazməmməd oğlu Əhmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Qeyd edək ki, millət vəkili Vahid Əhmədovun sabah 72 yaşı tamam olacaq.