11 C
Baku
Monday, November 25, 2024

Prezident Mikayıl Cabbarovun müavininə xüsusi rütbə verdi

Prezident İlham Əliyev Mətin Eynullayevə xüsusi rütbə verilməsinə dair sərəncam imzalayıb.

Banker.az bildirir ki, bu sərəncam ötən ayın son günü imzalanıb.

“Azərbaycan Respublikası vergilər nazirinin müavini Mətin Balasən oğlu Eynullayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin.”

Qeyd edək ki, M. Eynullayev ölkə başçısının 2018-ci il 17 yanvar tarixli sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsində çalışmışdır. O bundan öncə təhsil nazirinin müavini vəzifəsində çalışmışdır. Mikayıl Cabbarovun vergi naziri təyinatından sonra o, da Vergilər Nazirliyində çalışmağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər