5 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Prezident: Xəbər tutmasaydım bu binanın yerində şadlıq evi və ya otel tikilə bilərdi

“Bu bina sovet dövründə tikilib. Bir müddət bundan əvvəl özəlləşdirməyə çıxarılmışdı, “Azərenerji”nin balansından çıxarılmışdı”.

Banker.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Baş idarəetmə mərkəzinin istifadəyə verilməsi zamanı iştirakında deyib.

“Mən bundan xəbər tutandan sonra göstəriş verdim ki, bu, dərhal “Azərenerji”nin balansına qaytarılsın. Çünki əks-təqdirdə bu binanı özəlləşdirən hansısa sahibkarların burada nə yaradacaqları bəlli deyildi. Bina çox böyükdür, ərazisi də böyükdür, təqribən 4 hektara yaxındır. Əvvəlki binanın sahəsi 13 min kvadratmetr idi, indi isə artırılıb 20 min kvadratmetrə çatdırılıb. Yəni, burada ya hansısa bir mehmanxana, yaxud şadlıq evi, yaşayış binası, ya da ki, hansısa bir ictimai iaşə obyekti yaradılacaqdı və energetiklər bu binadan məhrum olacaqdılar”, deyə Prezident qeyd edib.

Son xəbərlər
Oxşar xəbərlər