Prezident “Xankəndi” hotelinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də “Xankəndi” hotelinin açılışında iştirak edib.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına “Xankəndi” Mehmanxana Kompleksinə aid “Xankəndi” hotelində yaradılmış şərait haqqında məlumat verdi.

Bildirildi ki, dördmərtəbəli hotel binasında qonaqların rahat qalması üçün hərtərəfli şərait yaradılıb. Burada ümumilikdə 101 otaq var. Otaqlardan 92-si “deluxe”, 4-ü “superior”, 3-ü “deluxe suite” və 2-si isə “executive suite” kateqoriyalarına aiddir. Hoteldə eyni vaxtda 236 qonaq qala bilər. Burada bir sıra ictimai iaşə obyektləri, o cümlədən kafe, restoranlar və idman zalı fəaliyyət göstərəcək.

Hoteldə 45 nəfər işlə təmin ediləcək. Onlardan 20-si işğaldan azad edilmiş şəhər və rayonlardan olan sakinlərdir.

Qeyd edək ki, işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Xankəndidə də turizm infrastrukturunun inkişafına xüsusi önəm verilir. Qədim tarixə malik Xankəndi şəhərində müasir hotellərin, istirahət mərkəzlərinin və iaşə obyektlərinin yaradılması bu gün prioritet istiqamətlərdən biridir. Bu, qonaqlar üçün yüksək standartlara uyğun rahat mühit yaratmaqla yanaşı, Xankəndinin bərpasındakı sürətli dinamikanı və görülən işlərin real miqyasını birbaşa nümayiş etdirir.

6a524cd16f2606a524cd16f26117837785136a524cd16f25e6a524cd16f25f

6a524d95a94cb6a524d95a94cc17837787096a524d95a94c96a524d95a94ca

2 7

 

6a524dafe419e6a524dafe419f17837787356a524dafe419c6a524dafe419d 6a524dafdba836a524dafdba8417837787356a524dafdba816a524dafdba82 6a524dafed8966a524dafed89717837787356a524dafed8936a524dafed895

6a524db02e3656a524db02e36617837787356a524db02e3636a524db02e364 6a524db02551a6a524db02551b17837787356a524db0255186a524db025519

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər