10 C
Baku
Wednesday, November 27, 2024

Prezident yeni qanun imzaladı – Yenilik olacaq

Satınalma güzəştinin tətbiqi qaydası hazırlanacaq.

Banker az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunan “Dövlət satınalmaları haqqında” qanunda əksini tapıb.

Fərmana əsasən,Nazirlər Kabineti dörd ay müddətində satınalma güzəştinin tətbiqi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Eyni zamanda NK satınalma metoduna uyğun olaraq satınalmanın nəticələri haqqında yekun protokolun formasını; satınalma predmeti üzrə satınalma müqaviləsinin nümunəvi formasını; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi qaydasını 4 ay müddətində hazırlamalıdır.

Çərçivə sazişinin, təklif sorğusunun və satınalma müqaviləsinin nümunəvi formasını da NKdörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Son xəbərlər
Digər xəbərlər