Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək.
Bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, dəmir və avtomobil yolları ilə daşımalara gəldikdə, burada söhbət təkcə Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsindən getmir, bunun beynəlxalq daşımalar baxımından mənası var.