7 C
Baku
Saturday, April 13, 2024

Prezidentdən Akif Əli Zadə ilə bağlı SƏRƏNCAM

Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademiyanın Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Ağa Mehti oğlu Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

A.Əli Zadə Azərbaycanda elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə fəxri diplomla təltif edilib.

Qeyd edək ki, Akif Əli Zadə 1934-cü ildə Bakıda anadan olub. O, 2013-2019-cu illərdə AMEA-nın prezidenti olub. Hazırda akademiyanın Geologiya və Geofizika İnstitutunun baş direktorudur. Fevralın 25-də akademikin 90 yaşı tamam olur.

Son xəbərlər
Digər xəbərlər