26 C
Baku
Saturday, July 27, 2024

Prezidentdən Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə bağlı daha bir fərman: iki 1-ci müavin olacaq

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sərcamda deyilir,

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı  ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.5-ci bəndinin birinci cümləsində “bir” sözü “iki” sözü ilə əvəz edilsin.

Həmin bənd komitənin fəaliyyətinin təmini ilə bağlıdır və “5.5. Sədrin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir birinci müavini və dörd müavini vardır. Sədrin müavinləri onlara sədr tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar” deyə qeyd edilirdi.

 

Son xəbərlər
Digər xəbərlər