24 C
Baku
Sunday, September 1, 2024

Prezidentdən “Giriş-çıxış və qeydiyyat” ilə bağlı mühüm fərman

Preizident İlham Əliyev “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Bu barədə Banker.az-a Prezidentin rəsmi səhifəsindən  məlumat daxil olub.

Fərmanda deyilir,

1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 10-cu hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. birinci abzasdan “habelə” sözü çıxarılsın və “ASAN Viza” sistemi və” sözləri “Elektron hökumət” informasiya sistemi və “ASAN Viza” sistemi, habelə” sözləri ilə əvəz edilsin.

1.2. aşağıdakı məzmunda 10.2-1-ci bənd əlavə edilsin:

“10.2-1. “Elektron hökumət” informasiya sistemi ilə inteqrasiya prosesində mübadilə edilən məlumatlar aşağıdakılardır:

10.2-1.1. sistem tərəfindən təmin olunan məlumatlar:

10.2-1.1.1. “Elektron hökumət” informasiya sistemi vasitəsilə xidmətlərin mərkəzləşdirilmiş qaydada göstərilməsini təmin etmək üçün zəruri olan bu Əsasnamənin 8-ci və 10-cu hissələrində nəzərdə tutulmuş məlumatlar;”.

2. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin Əlaqələndirmə Şurası əcnəbi və vətəndaşlığı olmayan şəxslərin pasport və ya digər sərhədkeçmə sənədləri üzrə məlumatların “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhədkeçmə” informasiya resursundan “Əcnəbilər” informasiya resursuna dərhal ötürülməsini təmin etmək məqsədilə zəruri tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə maliyyələşmə məsələlərini həll etsin.

Son xəbərlər
Digər xəbərlər