24 C
Baku
Wednesday, October 5, 2022

Nazarbayevdən nazir və məmurlara çağırış: “Yerli istehsal olan paltarlar geyinin”

Qazaxıstan prezidenti Nursultan Nazarbayev nazirləri yerli istehsaldan olan paltarlar geyinməyə çağırıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev yanvarın 29-da hökumətin genişləndirilmiş iclasını keçirib.

Ölkə prezidenti çıxışı zamanı nazirlərə, məmurlara və region rəhbərlərinə çağırış edərək, onların diqqətinə xaricdə istehsal olan kostyumlardan imtina edərək, yerli istehsala üstünlük verilməsinin zəruriliyini çatıdırıb.

“Ən sadə geyimlər belə hamısı xaricdən gətirlir. Yaxşı modabazlar var, anladım. Onlara “Şanel” və ya digər şeylər verin. Bəs sadə xalq? Dünən gənclərlə görüşüm zamanı sərgidə çox gözəl kostyum və ayaqqablar göstərdilər. Sadəcə, onlara diqqət etmirik. Niyə onları inkişaf etdirmirk?”, – Nazarbayev deyib.

Ölkə başçısı məmurlara Qazaxıstanda istehsal olunan paltarları geyinməyin vacibliyini qeyd edib: “Burada oturan hər kəs ölkədə istehsal olunan geyimlərə keçməlidir. Burada dəhşətli heç nə yoxdur”.

Avropa.info

Son xəbərlər
Oxşar xəbərlər