12 C
Baku
Sunday, October 27, 2024

Prezidentdən sensasion bəyanat: “Azərbaycan iqtisadiyyatının əsas problemi inhisarçılıqdır”

Bu sensasion bəyanatla prezident İlham Əliyev Nazirlər Kabinetinin bu gün keçirilən iclasında çıxış edib. Prezidentin iclasdakı yekun nitqini az əvvəl AzTV yayıb.

“Bu sferada təəsüflər olsu ki, biz hələ də ciddi nəticələr əldə edə bilməmişik. Həm istehsalda, həm ixracda. Bilmirəm bu nə psixologiyadır, əgər mən bu məhsulu istehsal edirəmsə başqaları bunu etməməlidir. Başqaları üçün də imkan yaratmaq lazımdır ki, rəqabət olsun. Əgər rəqabət olmasa inkişaf da olmayacaq, keyfiyyətli məhsul da olmayacaq”-prezident bildirib.

“Qoy hər kəs istehsal etsin. Yaxşı, ola bilsin bizim bazar məhduddur, o zaman elə məhsul istehsal edin, yetişdirin ki, xaricə satmaq mümkün olsun. Və dövlət də bunu dəstəkləyəcək”-İlham Əliyev çıxışında deyib.

Prezidentin bildirdiyinə görə, gələcəkdə iqtisadiyyatın əsas inkişaf sahəsi ixrac olacaq. “Mən dəfələrlə demişəm ki, biz buna çox ciddi hazırlaşırıq və xaricdə logistik mərkəzlər yaradırıq. Xaricə investisiyaları niyə yatırırıq? Ona görə ki, bizim məhsullarımız ora çıxış əldə etsin, yeni bazarlar tapsın. İmkan yaransın ki, sahibkarlar öz məhsullarını ixrac edib sata bilsin. Burada isə əgər kimsə nəsə istehsal edirsə başqasına bunu etməyə imkan vermir və ya müxttəlif yollarla öz himayəçilərini bu işə cəlb edirlər. Buna yol vermək olmaz, o cümlədən idxalla bağlı. İnhisarçılığa yol vermək olmaz. Bir daha təkrar edirəm. Biz açıq bazar siyasəti aparırıq. Bizim siyasətimiz məhz bundan ibarətdir. Ona görə bütün strukturlar bu siyasəti aparmalıdır”-İlham Əliyev vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.