9 C
Baku
Monday, November 18, 2024

Prezidentdən Ələt iqtisadi zonası ilə bağlı fərman – bu bənd ləğv edilir

“Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidenti Fərman imzalayıb.

Fərman 12 iyul 2021-ci il tarixində imzalanıb.

Fərmana görə, “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 5.3-cü bəndi ləğv edilib.

Həmin bənddə qeyd edilirdi ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nə ayrılmış ərazinin Ələt azad iqtisadi zonasının ərazisinə daxil edilməsi üçün zəruri normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməldir.

Son xəbərlər
Digər xəbərlər