Əli Əhmədov “Şərəf” ordeni ilə təltif edilib.
Banker.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, o, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, Əli Əhmədovun sabah 70 yaşı tamam olacaq. O, Yeni Azərbaycan Partiyası Sədrinin müavini, eyni zamanda Baş nazirin müavinidir.