15 C
Baku
Friday, May 3, 2024

Prezidentdən Azərbaycana qarşı qəbuledilməz planları olanlara mesaj: Bizim səbrimizlə oynamayın

Sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda həyata keçirilən xüsusi əməliyyatdan danışıb, ölkəmizin bu əməliyyatda niyyətinin nə olduğunu açıqlayıb.

Dövlət başçısı həm də bu gün Azərbaycana qarşı qəbuledilməz planları olan tərəflərə də mesaj verib:

“Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər