Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukuturuna Aparatının rəhbəri – gömrük xidməti general-mayoru rütbəsi əlavə edilib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 14 mart 2024-cü il tarixində “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərmanında qeyd edilir.
Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll edilməsi tapşırıldı.
Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin
SİYAHISI
Vəzifənin adı |
Vəzifəyə görə müəyyən olunmuş ali xüsusi rütbə |
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri |
Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşaviri |
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini |
gömrük xidməti general-polkovniki |
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini |
gömrük xidməti general-leytenantı |
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının Baş İdarə rəisi |
gömrük xidməti general-mayoru |
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının Katibliyinin rəisi |
gömrük xidməti general-mayoru |
Bakı Baş Gömrük İdarəsinin rəisi |
gömrük xidməti general-mayoru |
Naxçıvan Baş Gömrük İdarəsinin rəisi |
gömrük xidməti general-mayoru |
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi |
gömrük xidməti general-mayoru |
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi |
gömrük xidməti general-mayoru |
Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi |
gömrük xidməti general-mayoru |
Baş Gömrük Mühafizə Xidmətinin rəisi |
gömrük xidməti general-mayoru |
“Azərterminalkompleks” Birliyinin direktor |
gömrük xidməti general-mayoru |
Gömrük Akademiyasının rəisi |
gömrük xidməti general-mayoru |
Tibbi Xidmət İdarəsinin rəisi |
tibb xidməti general-mayoru |