Azərbaycanda biznes kreditlərinə görə subsidiya verilməsi müddəti artırılıb.
“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev həftənin çərşənbə axşamı fərman imzalayıb.
Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən dekabrın 31-nə qədər sahibkarların banklardan manatla aldığı kreditlər üzrə hesablanmış faizlərə görə 2022–2025-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fondla birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etməlidir.
İndiyə qədər həmi müddət 2020-2023-cü illəri əhatə edirdi.
Fərmanda deyilir,
1. “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanının 3.2-ci bəndində “2020-ci” sözləri “2022-ci” sözləri ilə, “2023-cü” sözləri isə “2025-ci” sözləri ilə əvəz edilsin.
2. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının rezidenti
Bakı şəhəri, 21 sentyabr 2021-ci il