11 C
Baku
Monday, November 18, 2024

Prezidentdən sərəncam: Maliyyə Monitorinqi Xidmətinə sədr müavini təyin edildi

Azər Rasim oğlu Abbasov, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

1985-ci ildə Bakı şəhərində anadan olub.

2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi üzrə bakalavr, 2010-ci ildə Bakı Dövlət Universitetinin Kommersiya hüququ üzrə magistr pilləsini bitirib.

Əmək fəaliyyətinə 2006-cı ildən Azərbaycan Hüquqçular Assosiasiyasında hüquqşünas kimi başlayıb, 2008-ci ildən isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində məhkəmə nəzarətçisi vəzifəsində çalışıb.

2010-2016-cı illərdə əmək fəaliyyətini Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində böyük hüquq məsləhətçisi kimi davam etdirmişdir.
2016-2018-ci illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətində Hüquq sektorunun müdiri vəzifəsini icra edib.

2018-2023-cü illərdə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətində Hüquq departamentinin direktoru vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidentinin 3930 nömrəli 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.

Ailəlidir, 1 övladı var.

Son xəbərlər
Digər xəbərlər