“Bakıda həyətlərdə də təhlükəsizlik kameraları quraşdırılmalıdır”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən bildirib.
“Bakıda bir çox yollarda təhlükəsizlik kameraları quraşdırılıb. Həyətlərdə də kamerlar quraşdırılmalıdır ki, təhlükəsizlik tədbirləri daha yüksək səviyyədə təmin edilsin”.