10 C
Baku
Monday, December 9, 2024

Prezidentin ehtiyat fondu 40 % azaldılır

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ehtiyat fondlarına ayırmalar 190.5 milyon manat və yaxud 31.2 % azaldılaraq 610 milyon manatdan 419.5 milyon manata endirilir.

Bu, “2023-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Prezidentin ehtiyat fondu 200 milyon manat və yaxud 40 % azaldılaraq 500 milyon manatdan 300 milyon manata endirilməsi, büdcənin ehtiyat fondunun isə 9.5 milyon manat və yaxud 8.6 % artırılaraq 110 milyon manatdan 119.5 milyon manata qaldırılması nəzərdə tutulub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər