24 C
Baku
Sunday, July 14, 2024

Prezidentin ehtiyat fonduna ayrılan vəsait azaldılıb

Əvvəlcədən dövlət büdcəsində nəzərdə tutulmayan bir sıra zəruri xərclərin maliyyələşdirilməsi məqsədilə 2024-cü il dövlət büdcəsində Azərbaycan Prezidentinin ehtiyat fondu üçün nəzərdə tutulan vəsait açıqlanıb.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilir.

Bildirilir ki, növbəti ilə Prezidentin ehtiyat fondu üçün 300 milyon manat, dövlət büdcəsinin ehtiyat fondu üçün 110 milyon manat, cəm olaraq 410 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Xatrladaq ki, 2023-cü il dövlət büdcəsində Azərbaycan Prezidentinin ehtiyat fondu üçün 500 milyon manat, dövlət büdcəsinin ehtiyat fondu üçün 110 milyon manat, cəm olaraq 610  milyon manat məbləğində vəsait nəzərdə tutulmuşdu.

Son xəbərlər
Digər xəbərlər