Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib.
Ali hərbi rütbə verilən polkovniklərdən İdris Məhərrəmov Azərbaycan Ordusunun hərbi hissələrdən birinin komandiridir.
General-mayor rütbəsi verilən digər hərbçi Elgün Əliyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisidir.
Elnur Kazımov isə Müdafiə Nazirliyinin Katibliyinin rəisidir. O, əvvəllər Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışıb.
Rütbəsi artırılan digər zabit Vasif Xəlilov isə Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisidir.