9 C
Baku
Monday, November 18, 2024

Prezidentin işdən çıxardığı Ağabəy Əsgərov kimdir?

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ağabəy Məmməd oğlu Əsgərov “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad edilib.

Ağabəy Əsgərovun qısa dosyesini təqdim edirik.

Ağabəy Məmməd oğlu Əsgərov 1956-cı il yanvarın 18-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Filologiya elmləri namizədidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə Birinci çağırış Milli Məclisə deputat seçilib.

2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə İkinci çağırış Milli Məclisə deputat seçilib.

Ölkə başçısının 19 aprel 2005-ci il tarixli sərəncamı ilə “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsinə təyin edilmişdi.

18 noyabr 2017-ci il tarixində “Şöhrət” ordeni ilə təltif edilmişdi.

Subaydır.

Son vaxtlar mətbuatda “Azərbaycan” nəşriyyatının binasında acınacaqlı vəziyyətlə bağlı yazılar yer alırdı. Binadakı otaqların nəşriyyata aidiyyəti olmayan şəxslərə icarəyə verilməsi, təmirin həyata keçirilməməsi ciddi narazılıqla qarşılanmışdı. Buna səbəb kimi Ağabəy Əsgərovun fəaliyyətini düzgün qura bilməməsi göstərilirdi.

 

MənbəModern
Son xəbərlər
Digər xəbərlər