Rəsmi Bakı Moskvanın Bakı-Qroznı reysi yerinə yetirən AZAL təyyarəsinin vurulmasına görə məsuliyyət götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözləyir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib.