“Baş verən hadisələr Ermənistanın siyasi rəhbərliyinin acizliyini və çarəsiz vəziyyətdə olduğunu göstərir”.
Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərin törədilməsilə bağlı brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan Hərbi Hava Qüvvələri tərəfidndən atılan raketlərin bir çoxu havadaca məhv edilir: “Ermənistanın burada əsas məqsədi cəmiyyətdə təşviş yaratmaqdır. Bu, vandalizm aktıdır”.