“Ermənistan tərəfi Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdiyi cinayətləri davam etdirir”.
Bnaker.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.
O bildirib ki, Ermənistanın bu gün Bərdə və Tərtəri atəşə tutması nəticəsində bir yeniyetmə həlak olub, bir nəfər isə yaralanıb: “Ermənistan tərəfindən öldürülən mülki şəxslərin sayı artır”.