9 C
Baku
Thursday, December 12, 2024

Prezidentin köməkçisindən “bumeranq investisiyalar” təklifi

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq “bumeranq investisiyalar” formatında inkişaf edə bilər.

İtaliyanın “Agenzia Nova” portalı xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda italiyalı jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, bu, iki ölkə arasındakı münasibətlərdə yeni forma olacaq: “Əslində bu, qarşılıqlı, faydalı əməkdaşlıqdır. Azərbaycan İtaliyada hər hansı bir layihəyə sərmayə yatırır, sonra bundan əldə olunan gəlirlər ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün istifadə edilir”.

Azərbaycan-İtaliya münasibətlərinə toxunan Ş.Mövsümov deyib ki, son rəqəmlərə əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 6 milyard dollar olub.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər