Prezidentin mənzillə mükafatlandırdığı idman xadimlərinin adları müəyyənləşib- SİYAH

  •  
  •  
  •  
  •  

Dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə mənzillə mükafatlandırdığı görkəmli idman xadimlərinin adları müəyyənləşib.

Milli Olimpiya Komitəsindən Banker.az-a verilən məlumata görə, siyahıda müxtəlif idman növləri üzrə məşqçilər, hakimlər, idmançı və veteran idmançılar, eləcə də Gənclər və İdman Nazirliyinin əməkdaşları yer alıb.

1. İsrafilov Nazim Məhəmmədvəli oğlu – atletika üzrə Azərbaycan milli komandasının məşqçisi

2. Xanlarov Rəhman Hüseyn oğlu – Avarçəkmə üzrə Azərbaycan milli komandasının məşqçisi

3. Məhərrəmov Emil Səfərağa oğlu – veteran boksçu

4. Allahverdiyev Rəhim Allahverən oğlu – boks üzrə əməkdar məşqçi

5. Nuruzadə Samit Böyükkişi oğlu – basketbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi

6. İbrahimov Abil Dəmir oğlu – sərbəst güləş üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının məşqçisi

7. Əzizli Eldəniz Yəmən oğlu – yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu

8. Bakarova Vəfa Təyyar qızı – Gimnastika üzrə Azərbaycan milli komandasının məşqçisi

9. Ansari Olqa Vyaçeslavovna – veteran həndbolçu

10. Ağakişiyeva Elmira Nurməmməd qızı – veteran voleybolçu

11. Həşimov Sənan Ağabəkir oğlu – taekvondo üzrə Azərbaycan milli komandasının böyük məşqçisi

12. Məmmədov Məhəmməd Cəbrayıl oğlu – taekvondoçu

13. Babayev Yaşar Əlibaba oğlu – veteran futbolçu

14. Hacıyev Əli Nəriman oğlu – cüdo və sambo üzrə əməkdar məşqçi

15. Qasımova İlahə İlqar qızı – karateçi

16. Hüseynov Ruxi Malik oğlu – şaolin idman növü

17. Əliyev Babək Əziz oğlu – kunqfuçu

18. Aslanov Ramal Əli oğlu – kikboksinqçi

19. Məmmədov Nizami Ayyar oğlu – Şərq əlbəyaxa döyüş növləri

20. Qarayev Cavidan Allahverdi oğlu – samboçu

21. Musayev Rüstəm Vaqif oğlu – pauerliftinqçi

22. Məmmədova Gülnar Mərfət qızı – şahmatçı

23. Əliyev Vaqif Hüseynağa oğlu – həndbol üzrə beynəlxalq dərəcəli hakim

24. Hüseynov Elşən Kamal oğlu – Gənclər və İdman Nazirliyində Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri

25. Rzayev Yaşar Əziz oğlu – Gənclər və İdman Nazirliyində tətbiqi idman növləri sektorunda aparıcı məsləhətçi


  •  
  •  
  •  
  •