23 C
Baku
Thursday, April 25, 2024

Prezidentin Mərkəzi Bankla bağlı sərəncamına – Şərh

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev “Mərkəzi Bank haqqında” qanunun müddəalarında dəyişiklik edilib.

Qanuna əlavə edilən yeni dəyişikliyə görə, bundan sonra Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək. Sözügedən maddədə isə əvvəllər kapital çatışmazlığı yarandıqda, bu dövlət büdcəsi hesabına ödənilirdi.

Bu dəyişikliyin mahiyyəti barədə  açıqlama verən ekspert Samir Əliyev bildirib ki, “Mərkəzi bank haqqında” Qanuna edilən son dəyişiklik mövcud problemi həll etmək və gələcəkdə belə halların qarşısını almaq üçün mexanizmləri təkmilləşdirməkdir: “Mərkəzi Bankın ümumilikdə məcmu zərəri ötən il 308,7 milyon manat olub. Bu zərərin şişməsində əsas rolu xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi nəticəsində yaranmış 454,7 milyon manatlıq zərər olub. Bankın cari əməliyyatdan zərəri isə 245,3 milyon manat olub. 2013-cü ildə qalan 31,5 milyon manat həcmində bölüşdürülməmiş mənfəət hesabına zərər 277, 7 milyon manata qədər azalılıb. Yeni dəyişikliyə görə, əvvəllər kapital ehtiyatları tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında müəyyən edilirdisə, bundan sonra nizamnamə kapitalından, yəni 10 milyon manatdan az olmamaq şərti ilə müəyyənləşdiriləcək. Kapital ehtiyatının dövriyyədə olan nağd pulun həcmindən asılılığı aradan qaldırılır. Onsuz da Mərkəzi Bank üçün bu normativə əməl etmək qeyri-mümkün idi. Çünki bu halda kapital ehtiyatı indiki kimi 210 milyon manat yox, dəfələrlə çox olmalı idi”.

Onun sözlərinə görə, bankların kapital probleminin həlli ilə məşğul olan Mərkəzi Bankın hazırda özü kapital çatışmazlığı ilə üzləşib: “2014-cü ildə Bankda kapital çatışmazlığının həcmi 57,7 milyon manat olub. Ötən il Bankın 277,3 milyon manat həcmində zərəri yaranıb və bunun 219,5 milyon manatı onun kapitalı hesabına örtülüb. Kapitalın həcmi zərərin həcmindən az olduğundan 57,7 milyon manatlıq çatışmazlıq yaranıb. Halbuki 2013-cü ildə 251 milyon manat kapital artıqlığı qeydə alınmışdı”.

Ekspert bildirib ki, asılılığın aradan qaldırılması Mərkəzi Bankın manevr imkanını artıracaq və ona kapital ehtiyatını istədiyi həcmdə formalaşdırmağa imkan verəcək: “Son illər davamlı olaraq Mərkəzi Bankın kapital ehtiyatları ilə bağlı problemlər ortaya çıxır. Qanunvericiliyə görə, mənfəət ilk növbədə Mərkəzi Bankın kapital ehtiyatlarının formalaşdırılmasına yönəldilir. Kapital ehtiyatları formalaşdırıldıqdan sonra Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığı dövlət büdcəsinə köçürülməlidir. Ancaq son illər Mərkəzi Bank tərəfindən dövlət büdcəsinə vəsait köçürülməsi halları müşahidə edilməyib. Bank əldə etdiyi mənfəəti kapital ehtiyatının artırılması yönəldir, nə də dövlət büdcəsinə ödəyir.

Dəyişikliyə görə, xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunacaq. Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək. Əslində əvvəlki versiyada da zərərin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulurdu. Sadəcə bunun ödənilməsi mexanizmi yox idi. Yeni düzəlişdə isə konkret olaraq qiymətli kağızlar hesabına ödənilməsi qeyd edilir. Bir sözlə, problem yaranacağı təqdirdə Mərkəzi Bankı Maliyyə Nazirliyi xilas edəcək”.

S. Əliyev əlavə edib ki, “Mərkəzi bank haqqında” Qanuna görə, Mərkəzi Bankın kapitalı onun nizamnamə kapitalından və kapital ehtiyatlarından ibarətdir: “Bankın nizamnamə kapitalı 10 milyon manatdır. Kapital ehtiyatları isə tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında müəyyən edilir və hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılır. Mənfəət ilk növbədə Mərkəzi Bankın kapital ehtiyatlarının formalaşdırılmasına yönəldilir. Kapital ehtiyatları formalaşdırıldıqdan sonra Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığı dövlət büdcəsinə köçürülür. Mərkəzi Bankın 2013-cü ildə 250,991 min AZN kapital artıqlığı olduğu halda 2014-cü ildə 57,743 min AZN kapital çatışmazlığı eydə alınıb. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan RespublikasıQanununun 14- cü maddəsinə əsasən Bank müflis elan oluna bilməz və Bankın aktivləri onun öhdəliklərinin məbləğindən aşağı düşdükdə, yaranmış kapital çatışmazlığı dövlət tərəfindən ödənilir. 31 dekabr 2014-cü il tarixinə Bankın 57,743 min AZN (31 dekabr 2013-cü il: 250,991 min AZN kapital artıqlığı) məbləğində kapital çatışmazlığı olub. Rəhbərlik 31 dekabr 2015-ci il tarixində bitən il üzrə kapital vəziyyətini təhlil edəcək və davamlı kapital çatışmazlığı mövcud olduğu təqdirdə Maliyyə Nazirliyi tərəfindən Qanunun 14-cü maddəsinə əsasən kapital qoyuluşunun həyata keçiriləcəyini təxmin edir”.

Qafqazinfo

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər