22 C
Baku
Thursday, April 18, 2024

Prezidentin təyin etdiyi yeni nazir kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.

Banker.az xəbər verir ki, o, 1986-cı ildə Bakıda anadan olub, 2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Mühəndis iqtisadiyyatı və idarəetmə” (Menecment) ixtisası üzrə bakalavr, 2010-2013-cü illərdə isə Xəzər Universitetində “Maliyyə və kredit” ixtisası üzrə magistr təhsili alıb, “Biznesin idarə edilməsi” (MBA) dərəcəsi əldə edib.

V.Mustafayev əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis işləməklə başlayıb, 2009-2012-ci illərdə “Ernst & Young” beynəlxalq audit şirkətində baş mütəxəssis, 2012-2014-cü illərdə “Azerfon” MMC-də Daxili audit departamentinin direktoru, 2014-2022-ci illərdə isə “PAŞA Holdinq” MMC və ona daxil olan şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb, o cümlədən “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” ASC-lərin Təftiş Komissiyalarının sədri olub.

Son xəbərlər
Digər xəbərlər