Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti 3 müqavilə imzalayıb.
Banker.az xəbər verir ki, müqavilələr “ME.GA.AN” Məhdud Məsuliyyətli Cəmiyyəti, “İM ARMY” Məhdud Məsuliyyətli Cəmiyyəti, “BAKI-ƏYRİCİ-TOXUCU” Açıq Səhmdar Cəmiyyəti ilə imzalanıb. Müqavilələrdə Hərbi trikotaj geyimlərin, Hərbi ayaqqabıların və Xüsusi hərbi geyimlər və ləvazimatların satın alınması nəzərdə tutulub.
Müqavilələrin ümumi dəyəri 38 375 manat, 43 081 manat, 98 814 manatdır.